Bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin konfransında 11 hüquqşünas quruma qəbul olunub.
KONKRET.az xəbər verir ki, onların arasında Aprel döyüşləri şəhidi, “Murov qartalı” adı ilə tanınan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə (Orucova) də var.
Qeyd edək ki, BDU-nun Hüquq fakültəsinin məzunu olan S.Alızadə həm də QHT sektorunda fəaliyyət göstərir.