Rasim Balayev 28 500 manat qrant aldıbackend

Rasim Balayev 28 500 manat qrant aldı

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına dövlət Dəstəyi Agentliyi QHT-lər arasında keçirdiyi qrant müsabiqəsinin nəticələrini açıqlayıb. 

KONKRET.az xəbər verir ki, “Qərbi azərbaycanlıların qayıdış konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsinin qalibləri arasında tanınmış şəxslər də var.

“Azərbaycan Kinematoqrafçılar İttifaqı” ictimai birliyinin təqdim etdiyi “Qərbi Azərbaycan: Maddi və mənəvi irsimiz” adlı layihə müsabiqənin qalibi olub. QHT Agentliyi Xalq artisti Rasim Balayevin rəhbəri olduğu layihənin icrasına 28 500 manat vəsait ayırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*