Rasim Balayev tərkibi təsdiq etdi: Yeni katib kimdir?backend

Rasim Balayev tərkibi təsdiq etdi: Yeni katib kimdir?

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) İdarə Heyətinin sədri Rasim Balayev qurumun katibliyinin tərkibini təsdiq edib.

KONKRET.az xəbər verir ki, AKİ-dən verilən məlumata görə, sədr ictimai birliyin nizamnaməsinin 6.12-ci maddəsinə əsaslanaraq bu addımı atıb.

Katibliyin əvvəlki tərkibi saxlanılıb, rejissor, Əməkdar İncəsənət xadimi, İdarə Heyətinin üzvü Mirbala Səlimli katib seçilib.

Qeyd edək ki, İdarə Heyətinin katibliyinin tərkibində Anar Rzayev, Cəmil Fərəcov, Baba Vəziroğlu, Əli İsa Cabbarov, Oleq Səfərəliyev, Həmidə Ömərova, Mirbala Səlimli təmsil olunur.

(Teleqraf.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*