Rasizadəyə verilən ordeni başqa kimlər alıb? – Siyahıda cəmi iki qadın varbackend

Rasizadəyə verilən ordeni başqa kimlər alıb? – Siyahıda cəmi iki qadın var

Prezident İlham Əliyevin sabiq baş nazir Artur Rasizadəni “Heydər Əliyev” ordeni ilə təltif etməsindən sonra bu ali mükafatı daha əvvəl kimlərin alması gündəmə gəlib. Rasizadə bu ordenə layiq görülən sayca 27-ci şəxsdir.

Qeyd edək ki, “Heydər Əliyev” ordeni Azərbaycan Milli Məclisinin 2005-ci il 22 aprel tarixli 896-IIQ nömrəli Qanunu ilə təsdiq edilib. Həmin il aprelin 28-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən təsis olunub.

Siyahıda başqa kimlərin adları var?

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, ordenlə təltif edilən 27 nəfərdən cəmi 2-si qadındır. Bunlar ölkənin birinci xanımı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Xalq artisti, müğənni Zeynəb Xanlarovadır.

“Heydər Əliyev” ordeni ilə təltif olunanlar:

28.04.2005 – İlham Əliyev, Azərbaycan Prezidenti

29.04.2005 – İhsan Əli Paşa oğlu Doğramacı, Türkiyə Bilkənt və Höcəttəpə Universitetlərinin banisi

29.01.2007 – Jak Şirak, Fransanın sabiq Prezidenti

27.03.2007 – Mstislav Leopodoviç Rostropoviç, Məşhur violençel ifaçısı və dirijor

21.05.2008 – Viktor Yuşşenko, Ukraynanın sabiq Prezidenti

27.11.2008 – Tahir Salahov, Məşhur Azərbaycan və SSRİ rəssamı

14.06.2009 – Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah, Küveyt Dövlətinin Əmiri

02.07.2009 – Lex Kaçinski, Polşa Respublikasının sabiq Prezidenti

10.08.2009 – Valdis Zatlers, Latviya Respublikasının sabiq Prezidenti

18.04.2011 – Trayan Besesku, Rumıniya Respublikasının sabiq Prezidenti

14.11.2011 – Georgi Pırvanov, Bolqarıstan Respublikasının sabiq Prezidenti

11.07.2012 – Emoməli Rəhmon, Tacikistan Respublikasının Prezidenti

13.09.2013 – Arif Məlikov, SSRİ xalq artisti

11.11.2013 – Abdullah Gül, Türkiyənin 11-ci prezidenti

17.11.2013 – Viktor Yanukoviç, Ukraynanın 4-cü prezidenti

02.09.2014 – Rəcəb Tayyib Ərdoğan, Türkiyənin 12-ci prezidenti

29.06.2015 – Mehriban Əliyeva, Azərbaycanın 1-ci vitse-prezidenti

28.11.2016 – Aleksandr Lukaşenko, Belarus Prezidenti

26.12.2016 – Zeynəb Xanlarova, müğənni, SSRİ xalq artisti

03.04.2017 – Nursultan Nazarbayev, Qazaxıstan Respublikasının sabiq Prezidenti

20.12.2017 – Ömər Eldarov, heykəltəraş, Azərbaycanın xalq rəssamı

18.07.2018 – Sercio Mattarella, İtaliya Respublikasının Prezidenti

26.08.2019 – Allahşükür Paşazadə, Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri

23.10.2019 – Ramiz Mehdiyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sabiq rəhbəri

13.01.2020 – Xoşbəxt Yusifzadə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti

03.02.2020 – Polad Bülbüloğlu, Azərbaycanın Rusiyadakl sabiq səfiri, deputat

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*