Rostovda hərbi komissarlığı yandırmağa cəhd edənlər saxlandı – Ukrayna agentləri imişbackend

Rostovda hərbi komissarlığı yandırmağa cəhd edənlər saxlandı - Ukrayna agentləri imiş

Rostov vilayətində təxribat hazırlayan Rusiya Azadlıq legionunun agenti Ukrayna Təhlükəsizlik Xidmətində işlədiyini etiraf edib.

KONKRET.az RİA Novostiyə istinadən xəbər verir ki, saxlanılan şəxs səfərbərliyə etiraz əlaməti olaraq hərbi komissarlığı yandırmağa hazırlaşdığını bildirib.

O, Rostovda Ukrayna xüsusi xidmət orqanlarının göstərişini yerinə yetirməyə cəhd edib. FTX iki rusiyalının saxlanmasının videosunu da nümayiş etdirib. Saxlanılanlardan birinin bel çantasından molotov kokteyli aşkarlanıb. Tələbələr onlardan hərbi komissarlığı yandırmaq üçün istifadə edəcəkmiş.

Bundan əvvəl bildirilmişdi ki, təhlükəsizlik qüvvələri sentyabrın 17-nə keçən gecə Rostov şəhərinin mərkəzi küçələrinin birində diversantları aşkarlayaraq zərərsizləşdirib. Tələbə gənc butulkaları ona dostunun verdiyini deyib. Daha sonra Ukrayna legionunun ikinci agenti haqqında məlumat verib.

Vəli Həsənov

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*