Rauf Əliyev və müavinləri ötən il nə qədər qazanıb? – MƏBLƏĞbackend

Rauf Əliyev və müavinləri ötən il nə qədər qazanıb? - MƏBLƏĞ

2023-cü ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin (ASCO) rəhbərliyinə ümumilikdə 874 min manat həcmində ödəniş edilib. 

KONKRET.az xəbər verir ki, ASCO rəhbəri Rauf Əliyevə və müavinlərinə ümumilikdə 2022-ci ilə nisbətən 28% çox ödəniş olunub.

Başqa sözlə, bir ildə ASCO rəhbərliyinin gəlirləri 189 min manat artıb. Qeyd edək ki, 2022-ci ildə QSC rəhbərliyinin gəlirləri 685 min manat təşkil edib.

2023-cü ildə ASCO rəhbərliyinin aylıq əməkhaqqısı isə 72,8 min manat təşkil edib.

Qeyd edək ki, hazırda ASCO rəhbərliyinə sədr Rauf Əliyevlə yanaşı, birinci müavin Mübariz Cabbarov, müavinləri – Cəlal Fərəcov, Nəzrəddin Əhmədzadə, Zaur Nağıyev, Tariyel Mirzəyev və Cəbrayıl Mahmudlu daxildir.

Xatırladaq ki, ASCO 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 440,051 milyon manatdır. Şirkət 100% dövlətə məxsusdur. (İqtisadiyyat.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*