Rauf Məmmədov Fransa çempionu oldubackend

Rauf Məmmədov Fransa çempionu oldu

Azərbaycan şahmatçısı Rauf Məmmədov Fransa çempionu olub.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yarış 7 turdan ibarət olub və 8 komandanın iştirakı ilə keçirilib. Rauf Məmmədovun çıxış etdiyi “Chartres Echecs” 30 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.

Məmmədov 6 oyunda 2 qələbə və 4 heç-heçəyə imza atıb. Çempion komandanın kapitanı Fransada yaşayan azərbaycanlı şahmatçı Namiq Quliyev olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*