“Real”ın futbolçuları və azarkeşləri irqçi hücumların obyektinə çevrilən Vinisius Junioru dəstəkləyiblər.
KONKRET.az xəbər verir ki, futbolçular La Liqanın 36-cı turunda “Rayo Valyekano” ilə oyundan (2:1) əvvəl braziliyalı yarımmüdafiəçinin formasında meydana çıxıblar. Vinisius dizindəki problemə görə sözügedən görüşü buraxıb.
Bundan başqa, oyunçular “Futbolda irqçiliyə yer yoxdur” yazısı olan bannerin yanında düzülüblər.
Azarkeşlər isə “Biz hamımız Vinisiusuq , bəsdirin” yazısı olan pankart qaldırıblar.
Xatırladaq ki, La Liqanın 35-ci turunun matçında “Valensiya” azarkeşləri Vinisiusu “meymun” və “axmaq” adlandıraraq təhqir edib və bu da futbolçuların əlbəyaxa davasına səbəb olub. Nəticədə oyun 8 dəqiqə dayandırılıb.