“Real”ın kapitanı ciddi zədə aldıbackend

"Real"ın kapitanı ciddi zədə aldı

İspaniya La Liqasının IX turunda “Real”ın (Madrid) kapitanı Dani Karvahal ciddi zədə alıb.

KONKRET.az xəbər verir ki, “Kral klubu”nun doğma meydanda “Vilyarreal”ı qəbul etdiyi matçın son anlarında 32 yaşlı müdafiəçinin ayağı burxulub.

Göz yaşlarını saxlaya bilməyən Karvahal meydanı xərəktə tərk etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, qarşılaşma “Real”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*