İspaniya La Liqasının XII turunda keçirilməsi planlaşdırılan “Valensiya” – “Real” oyunu təxirə salınıb.
KONKRET.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qarşılaşmanın hansı tarixdə olacağı hələlik bəlli deyil. Görüş noyabrın 3-də baş tutmalı idi.
Qeyd edək ki, “Valensiya”nın daha əvvəl İspaniya Kubokunda “Parla Eskuela” ilə matçı qasırğa səbəbindən ertələnib.//Report