“Real” Karlo Ançelottinin əvəzləyicisini tapıb.
KONKRET.az xəbər verir ki, “kral klubu” “Bayer”in çalışdırıcısı Xabi Alonsonu sözügedən posta gətirmək istəyir.
Madrid təmsilçisinin prezidenti Florentino Peres hesab edir ki, ispaniyalı mütəxəssis oyun tərzinə görə klub üçün idealdır.
Daha əvvəl Alonsonun 2025-ci ilin yayında “Bayer”dən “Real”a keçə biləcəyi iddia olunurdu.
Vurğulanır ki, Ançelotti mövsümün sonunda komandadan ayrıla bilər.
Məlik,
KONKRET.az