Real partiyasının sədri istefa verdi – AÇIQLAMAbackend

Real partiyasının sədri istefa verdi - AÇIQLAMA

“MSK bu gün təqdim elədiyim əsas arqumentləri və sübutları kənara qoyaraq, dairə üzrə seçkilərin nəticələrinin ləğvinə dair şikayətimi rədd etdi”.

KONKRET.az xəbər verir ki, bu barədə Real partiyasının sədri İlqar Məmmədov özünün facebook səhifəsində bildirib.

O, daha sonra fikirlərini belə davam etdirib:

“Nəticə etibarı ilə ötən il söz verdiyim kimi, REAL partiyasının lideri vəzifəsindən istefa verdim. Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrinə dair qərarından sonra Siyasi Komitə REAL partiyasına yeni rəhbər seçəcək. Həmin ərəfədə yekun video müraciətim də olacaq”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*