REAL-ın yeni sədri kim olacaq? – DETALLARbackend

REAL-ın yeni sədri kim olacaq? - DETALLAR

Ötən gün REAL partiyasının sədri İlqar Məmmədov sədr postundan istefa verdiyini açıqladı. Aydın məsələdir ki, İlqar Məmmədov bu addımını sonuncu seçkilərdə məğlubiyyətlə ayrılmasına görə atıb. Ümumiyyətlə, “Real” partiyası bu seçkilərə bir neçə namizədlə qatılsa da, yekunda yalnız Erkin Qədirli parlamentə düşə bildi.

Bununla da Erkin Qədirli REAL-dan ardıcıl olaraq 2-ci dəfə parlamentə düşə bilir.

Azərbaycanda seçki majoritar seçki sisteminə əsasən keçirilir. Yəni namizədləri partiyalar irəli sürsələr də, hər kəs öz dairəsində fərdi mübarizə aparır. Yəni seçki günü seçici partiyaya deyil, konkret namizədə səs verir. Sentyabrın 1-də keçirilən seçkilərdə Erkin Qədirli yenidən uğur qazanması ilə Real partiyasının daxilində öz mövqelərini gücləndirə bildi.
İndi əsas sual REAL-ın sükanı arxasına kimin keçəcəyidir?

Seçkilərin nəticəsinə nəzər saldıqda məlum olur ki, müxalif partiyalardan əsasən partiya liderləri uğur qazana biliblər. Hal-hazırda partiyası sədrsiz parlamentdə təmsil edilən siyasi qurum yalnız REAL-dır. Ona görə ehtimal etmək olar ki, partiya həm elektoratını qoruyub-saxlamaq, eyni zamanda parlamentdə təmsilçiliyini gücləndirmək üçün yeni dönəmdə yoluna Erkin Qədirli ilə davam edəcək.

Ümumiyyətlə, son illər REAL-Yap arasında formalaşan əsas dialoq kanalı da əsasən Erkin Qədirli üzərindən həyata keçirilir. Erkin Qədirli həm parlamentdə çıxış edir, həm YAP deputatları ilə işgüzar əlaqəyə malikdir, eyni zamanda Real daxilində də Erkin Qədirlini dəstəkləyənlərin sayı üstünlük təşkil etməkdədir.

KONKRET.az-ın ANALİTİK qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*