Regionda hava kəskin dəyişəcək: tarix verildibackend

Regionda hava kəskin dəyişəcək: tarix verildi

Oktyabrın 13-dən başlayaraq həftə ərzində Moskvada temperatur kəskin enəcək, güclü yağış olacaq.

KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bu barədə  Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand məlumat verib.

O bildirib ki, bazar ertəsindən başlayaraq havanın temperaturu 10 dərəcə Selsiyə yaxınlaşmayacaq.

“Gündüz temperatur 5-8 dərəcə Selsi arasında dəyişəcək, bu da iqlim normasından aşağı olacaq. Gecələr havanın temperaturu 2-4 dərəcəyədək enəcək. Şaxtalar Mərkəzi Rusiyaya qayıda bilər”, – Vilfand xəbərdarlıq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*