Rəhim Rəhimli dəfn olundu – YENİLƏNİBbackend

Rəhim Rəhimli dəfn olundu - YENİLƏNİB

Bəstəkar-müğənni Rəhim Rəhimli dəfn olunub.

KONKRET.az xəbər verir ki, sənətçi Bülbülə qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun sənət dostları, ailə üzvləri, yaxınlar iştirak ediblər.

***

04:56

Müğənni Rəhim Rəhimli vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə prodüser Tarix Əliyev özünün instaqram hesabında məlumat yayıb.

İfaçının ölüm səbəbi açıqlanmayıb. Bir sıra məşhurlar da R.Rəhimlinin vəfatı ilə bağlı başsağlığı paylaşımı ediblər.

Qeyd edək ki, Rəhim Rəhimli 1979-cu ilin 7 iyun tarixində Ağdamda anadan olub. Azərbaycanlı bəstəkar, müğənni, aktyor 2006-cı ildən səhnədə idi.

Ekstravaqant tərzi ilə diqqət çəkən sənətçi, çoxsaylı klipləri və mahnıları ilə tanınır. 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi “MTV Azərbaycan” kanalının direktoru işləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*