“Rəqəmsal şəxsiyyət vəsiqəsini tanımaqdan imtinanın üzərindən keçmək olmaz” – Ekspertbackend

"Rəqəmsal şəxsiyyət vəsiqəsini tanımaqdan imtinanın üzərindən keçmək olmaz" - Ekspert

“Bəzən sosial mediada hansısa qurumda “rəqəmsal şəxsiyyət vəsiqəsini” tanımaqdan imtina  ilə bağlı məlumatlara rast gəlirik. Düşünürəm ki, bunun üzərindən sakitcə keçmək doğru olmazdı”.

KONKRET.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz deyib.

O bildirib ki, artıq kağız formada olan şəxsiyyət vəsiqəsi ilə eyni hüquqi qüvvəyə malik “rəqəmsal şəxsiyyət vəsiqəsi” mövcuddur.

“Bunun həm hüquqi , həm də texniki-texnoloji tərəfləri öz həllini tapıb. Kağız formada şəxsiyyət vəsiqəsi əvəzinə vətəndaşın mygov-a daxil olaraq öz şəxsi məlumatlarını istənilən dövlət və ya özəl qurumlarda, notariuslarda və banklarda, müxtəlif xidmət mərkəzlərində təqdim etməsi yetərlidir. Bu məlumatlar sadəcə “məlumat” deyil,  artıq “rəqəmsal sənəd” statusuna malikdir. Rəqəmsal şəxsiyyət vəsiqəsini tanımaqdan imtina hallarını dərhal  ictimailəşdirmək doğru və faydalı olardı”.

Aygün,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*