Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlı (Əmirov) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
KONKRET.az xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən Rəşad Dağlı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
20:11
Qətl törətməkdə şübhəli bilinən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) Qaradağ Rayon Məhkəməsinə gətirilib.
KONKRET.az xəbər verir ki, Rəşad Dağlının barəsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir.
Prosesə hakim Teymur Qurbanov sədrlik edəcək.