Rəşad Dağlını üzr istəməyə KİM MƏCBUR EDİB?backend

Rəşad Dağlını üzr istəməyə KİM MƏCBUR EDİB?

Bir uğursuz qafiyəyə görə söz-söhbət yayılmışdı, mən də bununla bağlı açıqlama vermişdim. Həmin videodan belə təsəvvür yaranıb ki, mən hansısa bir yerdə hədə-qorxu, təhdid altında açıqlama vermişəm. Bu, əsla belə deyil. 

KONKRET.az xəbər verir ki, bu sözləri meyxanaçı Rəşad Dağlı instaqramda paylaşdığı videoda deyib.

Masallıda həmkarı ilə deyişmə zamanı “Xomeyni çöküb qalıb, Behcəti naqruskadadı” kimi ifadələr işlətdiyi üçün təhdid olunduğuna görə üzr istəməsi ilə bağlı yayılan iddialara münasibət bildirən məşhur üzr videosunu paylaşmasının səbəbinə aydınlıq gətirib:

“Mən təhlükəsizliyin təmin olunduğu elə bir ölkənin vətəndaşıyam ki, məni heç kim heç nəyə məcbur edə bilməz. Sadəcə, könüllü, ürəyim istəyib açıqlama vermişəm ki, ortada olan narazılıq aradan qaldırılsın”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*