Rəsmi Bakı separatçılarla Avropada görüş təklifini rədd etdibackend

Rəsmi Bakı separatçılarla Avropada görüş təklifini rədd etdi

Bakı və Xankəndi nümayəndələri arasında görüşün avqustun 1-də Bratislavada keçirilməsi güman edilirdi. Ən azından belə bir görüşü Qərb dairələri lobbiləşdirirdi.

KONKRET.az Turan-a istinadən xəbər verir ki, Azərbaycan hakimiyyəti separatçılarla görüşməkdən imtina edib.

Bu barədə agentliyə məlumatlı mənbələr danışıb.

Bundan əvvəl Bakı iki dəfə Qarabağ ermənilərinin nümayəndələrini Azərbaycan paytaxtına reinteqrasiya ilə bağlı dialoqa dəvət edib. Lakin ermənilər bu dəvətlərə məhəl qoymayıb, bundan sonra Prezident İlham Əliyev onları daha danışıqlara dəvət etməyəcəklərini bəyan edib. O bildirib ki, onlar separatçı strukturları ləğv edərək Azərbaycan qanunlarına tabe olmalıdır. Yalnız bu halda onlar amnistiyaya ümid edə bilər.

Xatırladaq ki, Niderlandda yaşayan tarixçi Arif Yunusovun Turan-a verdiyi məlumata görə, “Bakı ilə Xankəndi nümayəndələri arasında potensial görüş Avropa ölkələrindən birində, ola bilsin ki Bolqarıstanda təşkil olunur.

Yunusovun Avropa təşkilatlarındakı mənbələrinə görə, amerikalı vasitəçilər neytral ərazidə görüşməkdə israr edərək Qarabağ prosesində az da olsa əhəmiyyətli rol oynayırlar.

  • Arif
    İyul 31, 2023 - 18:09

    Səviyyə müxtəlif olduğundan görüş mümkün deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*