Rəsmi Bakının səbri tükənir – Danışıqlarda “ATƏT oyunu” olmayacaqbackend

Rəsmi Bakının səbri tükənir - Danışıqlarda "ATƏT oyunu" olmayacaq

Azərbaycan niyə ATƏT missiyasına qarşıdır?!

44 günlük müharibədən sonra Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması istiqamətində həyata keçirdiyi siyasət beynəlxalq təşkilatların iştirakını minimuma endirilməsindən irəli gəlir. Müharibə nəticəsində imzalanmış üçtərəfli bəyanat Azərbaycan, Ermənistan, Rusiya və Türkiyənin regional prosesin əsas iştirakçılarına çevirdi.

Lakin 2021-ci ildə sürətlənməli olan proses ləngidi. Səbəb Ermənistandakı daxili vəziyyət və Rusiyanın bəyanatın bəndlərini vaxtında həyata keçirmək istəməməsi idi.

  • Ermənistan rəhbərliyi isə əksinə, öz öhdəliklərinin yerinə yetirilməsini zəiflətmək, “çətin” qərarların qəbulu müddətini uzatmaq və danışıqlarda mövqeyini gücləndirmək üçün üçtərəfli buxovlardan çıxmağa və prosesə yeni vasitəçilər cəlb etməyə çalışırdı.

Belə bir vəziyyətdə Bakı cəbhə xəttində gücləndi və eyni zamanda digər ölkələrə Ermənistanla danışıqlarda birdəfəlik vasitəçilik etməyə icazə verdi (təxribatçıların minalanmış sahələrin xəritələri ilə ilk mübadiləsi ABŞ və Gürcüstanın iştirakı ilə baş verdi). O zaman əsas vasitəçi olan Rusiyanın bu, ürəyincə olmadı.

2021-ci ilin yayında Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra Rusiyanın bu istiqamətdə irəliləyiş əldə etməməsi Avropa İttifaqının (Aİ) vasitəçilik prosesində fəal iştirakına səbəb oldu. Brüssel Ermənistanı və Azərbaycanı danışıqlar masasına oturmağa dəvət etdi. Bakı Aİ-nin bu vasitəçiliyinə razılıq verdi.

Bu, Bakının vasitəçilikdə icazə verə biləcəyi ən maksimum hədd idi. ABŞ hələ ki, Aİ-nin səylərinə məhdud formada dəstək verir.

Lakin beynəlxalq təşkilatların, xüsusilə də ATƏT-in meydana çıxması Azərbaycanı qıcıqlandırır. Çünki ATƏT-in dövriyyəyə girməsi əvvəl olduğu kimi prosesi mümkün qədər beynəlmiləlləşdirir.

Xatırladaq ki, ATƏT-in Minsk Qrupu 25 ili ərzində münaqişənin həllinə nail olmamaqla Rəsmi Bakının səbrini tükəndirmişdi.

ATƏT yenidən işə qarışarsa, belə davam edəcək. Yəni vasitəçilərin mövqeləri ənənəvi ətaləti qoruyub-saxlayacaq. Beləliklə də “danışıqlar xatirinə danışıqlar” prinsipi effektli olmayacaq, əksinə daha böyük problemlərə gətirib çıxaracaq.

Rəsmi Bakı bu baxımdan heç Aİ-nin Ermənistandakı missiyasına da həvəs göstərmir. Ermənistan üçünsə bu missiya həmişəlik ola bilər. İki aylıq müddət bitdikdən sonra Azərbaycan Aİ missiyası ilə əməkdaşlıq etməsinin məqsədəuyğun olmayacağını bəyan edəcək. Artıq Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı ilk siqnalını artıq diqqətə çatdırıb.

Yəni Azərbaycan Ermənistan-Azərbaycan gündəminin müzakirə olunduğu platformaları daha da genişləndirməyəcək. Yeri gəlmişkən, bu iki ay Bakı ilə İrəvan arasında mövcud qarşılıqlı əlaqə formatlarını kəsə bilər. Axı gündəm dəyişməz olaraq qalır: sülh müqaviləsi və Ermənistanın 44 günlük müharibədən irəli gələn öhdəlikləri yerinə yetirməsi.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*