“Rəsmi nikah olmadan kəbin kəsən din xadimləri cəzalandırılsın”backend

"Rəsmi nikah olmadan kəbin kəsən din xadimləri cəzalandırılsın"

Rəsmi nikah olmadan molla kəbini kəsilməməlidir.

KONKRET.az xəbər verir ki, bunu bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində Ailə Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deputat Sədaqət Vəliyeva bildirib.

Deputat deyib ki, əvvəl bu məsələdə mollalar, din xadimləri ciddi riayət edirdilər: “Rəsmi nikah olmadan kəbin kəsilmirdi, amma indi bu hallar yaşanır. Rəsmi nikah olmadan kəbin kəsən din xadimləri cəzalandırılsın. Bu məsələyə nəzarət artırılmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*