Rəsmi Pekin Çinin Rusiyaya silah satmadığını bildiribbackend

Rəsmi Pekin Çinin Rusiyaya silah satmadığını bildirib

Çin Rusiya və Ukraynaya silah vermir, həmçinin ikili təyinatlı məhsulların ixracını diqqətlə tənzimləyir.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ning  ABŞ-ın  Çinə qarşı son sanksiyalarını şərh edərkən deyib: “Çin ABŞ-ın  şirkətlərimizə  qarşı qeyri-qanuni  sanksiyalarını qətiyyətlə pisləyir  və heç vaxt əsassız ittihamları qəbul etmir. Çin heç vaxt  ABŞ-ın təzyiqinə boyun əyməyəcək.  Eyni zamanda ölkəmiz Rusiya-Ukrayna münaqişəsinin tərəflərindən heç birinə öldürücü silah verməyib. Biz ikili təyinatlı malların, o cümlədən pilotsuz uçuş aparatlarının  ixracına ciddi nəzarət edirik”. Mao Ning daha sonra  bildirib ki,  dövlət Çin şirkətləri və vətəndaşlarının  hüquq və mənafelərini qorumaq üçün lazımi tədbirlər görəcək. O, Çinin Ukrayna böhranında tərəf olmadığını vurğulayıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*