“Dünyada baş verənlər gözlənilməz və rəngarəngdir. Putinin Rusiyanı dünya ölkələrindən izoliyasiyaya salmaq siyasəti anlaşılmaz bir siyasətdir. Çox ehtimal, o, özü bu siyasətin nə siyasət olduğunu bilmir. Çünki bu adam 24 fevralda Ukraynaya hücum edəndə məqsədi məlum idi. Həm ölkə daxilində, həm də dünyada nüfuzunun yuxarı olduğunu göstərmək istəyirdi”.
KONKRET.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev bildirib.
“Putin həqiqətən Ukrayna xalqının böyük əksəriyyətinin onu toy bayramla qarşılayacağına inanırdı. Bu adam aldığı məlumatlara inanır və özünün fövqəladə gücə malik olduğuna əmindir. Avtoritetinin danılmazlığına özü də inanıb. Bu adam ətrafındakı ölkələrin xalqlarının, demək olar ki, hamısının ona nifrət etdiyinə inanmaq istəmir. Ətrafındakıların ona verdiyi tərif çələnglərindən ləzzət alır və Peskov tiplilərin istənilən arzularını yerinə yetirir. Ancaq milyard dollarlar yığmış peskovçuların sanksiyalar belin qırıb. Onların xaricdə olan mülklərinə sanksiylar qoyulub və tezliklə bazarda hərraca çıxarılacaq. Budur əcaib siyasətin axırı. Rusiyaya qarşı mübarizə dayanmayacaq. Yaponiya Kuril adalarını qaytarmağa çalışacaq. Putinlə ehtiyatlı davranmaq lazımdır. O ağlını itirmiş vəziyyətdə sağına-soluna raketlər ata bilər, şəhərləri dağıdar” – R.Quliyev qeyd edib.