Rəsulzadənin heykəli belə olacaq – FOTObackend

Rəsulzadənin heykəli belə olacaq - FOTO

Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105-ci ildönümünə həsr olunmuş “Dünyaya Cühmuriyyətlə açılan Azərbaycan” adlı təqdimat mərasimi keçirilib.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, tədbirdə Xalq rəssamı, heykəltaraş Ömər Eldarovun “Məhəmməd Əmin Rəsulzadənin heykəli” layihəsi təqdim olunub.

Mərasimdə hələ 1993-cü ildə Ömər Eldarov tərəfindən AXC-nin qurucusu Məhəmməd Əmin Rəsulzadənin hazırlanmış, şəhərin mərkəzində yeri təyin edilsə də, müəyyən səbəblərdən qoyulmamış heykəlinin ilkin layihəsi barədə danışılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*