Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə etmək niyyətindədir.
KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Liderlərin görüşü Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sentyabrın 15-16-da keçiriləcək sammiti çərçivəsində baş tutacaq.