Reuters: “Respublikaçılar Ukraynaya yardımı dayandırmayacaq”backend

Reuters: "Respublikaçılar Ukraynaya yardımı dayandırmayacaq"

Respublikaçılar seçkilərdən sonra Kiyevə dəstəyi dayandırmayacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Respublikaçı konqresmen Maykl Makkal bildirib ki, həm demokratlar, həm də respublikaçılar Ukraynaya yardımın davam edəcəyini gözləyir.

O, Ukraynaya uzaqmənzilli silahlar göndərmək istədiklərini də bildirib.

“Biz yardım üçün şərtlər qoyacağıq. Biz istəyirik ki, NATO üzrə tərəfdaşlarımız da bu yükü daşısınlar”, – Makkal deyib.

Qeyd edək ki, noyabrın 8-də ABŞ-da aralıq seçkiləri keçirilib. CNN-in məlumatına görə, hazırda respublikaçılar aşağı palatada 435 yerdən 218-ni, demokratlar isə 210-nu əldə ediblər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*