Revanşist suala Paşinyanın maraqlı cavabıbackend

Revanşist suala Paşinyanın maraqlı cavabı

Bir neçə gün öncə Paşinyan İrəvan Dövlət Universitetində tələbələrlə görüşüb, Ermənistan mətbuatının yazdığına görə, görüş gərgin keçib, millətçi tələbələr Nikolu qəzəbləndiriblər.

KONKRET.az xəbər verir ki, bu barədə siyasətçi Natiq Cəfərli bildirib.

“Tələbələrdən biri sual verib ki, Qarabağın “itiriləcəyini” 2018-ci ildə dəqiq bilsəydiniz, yenə də inqilab edib hakimiyyətə gələrdinizmi? Paşinyan da cavab verib ki, bəli, çünki Qarabağı “itirməsəydik”, əsl müstəqil dövlət ola bilməzdik.

Digər tələbə isə Paşinyanı tənqid edib ki, siz “tarixi Ermənistan” ideyasından əl çəkməyə çağırırsınız, amma 300 min kv.km ərazisi olan “tarixi Ermənistanı” geri qaytarmaq haqqında düşünüb addımlar atmasaq, indiki Ermənistanı da itirəcəyik.

Paşinyan bu suala da məntiqli cavab verib ki, 29 743 kv.km ərazisi olan əsl Ermənistanı inkişaf etdirək, buna gücümüzü, enerjimizi sərf edək, miflərlə özümüzü və gələcəyimizi zəhərləməyək.

Bir sözlə, Paşinyan reallığı qəbul edərək, erməni mifalogiyasının mənbəyi olan kilsə ilə mübarizə apararaq, Ermənistanı “sağaltmağa” çalışır. Bu komanda Ermənistana normallaşmaq üçün bir şansdır, tələbələri belə “zəhərlənmiş” mono-etnik toplumun “sağalması” çətin prosesdir.

Mifalogiya bu toplumun “genlərinə” işləyib, hələ də, guya, 300 min kv.km ərazisi olan “tarixi” Ermənistandan danışanlar var. Bu “əraziyə” Türkiyənin, Azərbaycanın, Gürcüstanın bir hissəsi “daxildir”, həmin xəstə təfəkkürlü insanlara sual vermək lazımdır ki, ay biçarələr, cəmi 3 mln. əhaliniz var, hətta fantastik və absurd ssenari təsəvvür etsək, tutalım, 300 min kv.km ərazisi olan Ermənistan qurduz, belə bir mifik ölkənin sərhədlərini necə qoruyacaqsınız?! Bütün əhalinizi sərhədlərə düzsəniz belə qoruya bilməzsiniz, bundan başqa, ərazi “iddianız” olan ölkələrin cəmi əhalisi 100 mil.-dur, siz 3 mln.-la 100 mln. əhaliyəmi qalib gələcəksiniz?! NATO-nun Avropa hissəsinin ən güclü ordusu olan Türkiyədənmi ərazi istəyirsiniz?! Azərbaycanın möhtəşəm Ordusu bir qırağa, yol polisləri belə İrəvana qədər gedib çıxarlar, bunu anlamırsınızmı?! Hələ mən uzun illərdir Türkiyə tərəfindən təlim görən, standartları yüksələn Gürcüstanı demirəm, sizlər heç onlarla belə bacara bilmədiyinizi başa düşmürsünüzmü?!

Nə isə, Rusiyanın Ermənistanda revanşistləri qızışdırmağa çalışdığı dövr yenidən başlayır, İrəvan Universitetində provokotiv sula verənlərin “ideya babası” da ruslardır.

Paşinyan və komandası cəmiyyətin “sanitarlarıdır”, uğurları da var, cəmiyyətin böyük qismi “sağalıb-sağalır”, amma əsl imtahanları 2026-cı ilin seçkiləri olacaq – əgər o seçkiləri də Paşinyan və komandası udsa, artıq əminliklə demək olacaq ki, Ermənistan cəmiyyəti “sağalıb”, revanşistlər “marginallaşıb” və təsirlərini tam itiriblər.

Bunun üçün biz də bəzi addımlar atmalı, sülh müqaviləsini seçkilərə qədər imzalayaraq, Ermənistanın normallaşmasına öz tövhəmizi verməliyik”, – o vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*