Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirildibackend

Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirildi

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndiriliməsi) üzrə sınaq imtahanı keçirilib.

Bu barədə KONKRET.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

Sınaq imtahanı DİM-in Bakı şəhəri Nəsimi rayonu A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında kompüter vasitəsilə elektron formada keçirilib. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılıb.

İmtahanda 90 nəfər iştirak edib. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda imtahanın nəticələrinə dair arayış təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*