Puerto-Rikolu pop musiqiçisi, daha çox Riki Martin kimi tanınan Enrike Martin Morales pərəstişkarlarına daha bir foto nümayiş etdirib.
KONKRET.az xəbər verir ki, sənətçi 18,6 milyon abunəçisi olan İnstaqram səhifəsində paylaşım edib. 52 yaşlı sənətçi bu dəfə divanda lüt uzanaraq qolları açıq vəziyyətdə poz verib. Tanınmış müğənni daha çox sinəsi və çiyinlərindəki döymələri nümayiş etdirib. İzləyiciləri öz şərhlərində ifaçıya təriflər yağdırıblar.
Natiq Səlim,
KONKRET.az