“Riyaziyyat fənni üzrə sualların həlli üçün daha çox zaman verilsəydi, namizədlər daha yüksək nəticə göstərərdi. Amma hər bir namizədə biz daha çox vaxt versəydik, orta ballar yuxarı olacaqdı, namizədlər daha yuxarı bal yığacaqdı. Yuxarı toplayan da ondan daha yuxarı yığacaqdı. Yəni, faktiki olaraq paylanma və müsabiqə şərtləri, düşünmürəm ki, dəyişəcəkdi”.
KONKRET.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev canlı yayımda deyib.
İmtahanların vaxtı məsələsi həmişə kifayət qədər suallar doğurur. Bunu təhsil üzrə çalışan həmkarlarımız nəzərə almalıdır. Riyaziyyat və ingilis dili fənni üzrə sualların çətin olmasını qəbul edirəm.
Vaxt məsələsi ilə bağlı araşdırmalarımızı apararıq və çalışarıq ki, həmin vaxtı müvafiq istiqamətdə artıraq”.