Rjitskinin qətlinin TƏFƏRRÜATLARI: saxlanılan şəxs günahını etiraf etdi – FOTObackend

Rjitskinin qətlinin TƏFƏRRÜATLARI: saxlanılan şəxs günahını etiraf etdi - FOTO

“Krasnodar” sualtı qayığının keçmiş komandiri kapitan Rjitskinin qətlində şübhəli bilinən şəxs günahını etiraf edib.

KONKRET.az-ın məlumatına görə, dindirmə zamanı Sergey Denisenko bildirib ki, o, əvvəl Ukraynanın xüsusi xidmət orqanlarına işə götürülüb. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən Rjitskinin aradan götürülməsi barədə əmr alıb. Sergey Denisenko cinayətə 2022-ci ilin dekabrından hazırlaşdığını deyib.

Sergey Denisenko Şotokan karate-do üzrə Ukraynanın əməkdar məşqçisi və idman ustasıdır. Ehtimal olunur ki, şübhəli şəxs iyulun 10-da səhər saatlarında Stanislav Rjitskini velosipedlə izləyib. O, səsboğucu silahla Rjitskiyə atəş açaraq onu öldürüb. Daha sonra paltarını dəyişərək ictimai nəqliyyatla şəhəri tərk edib. Kameralardan və mobil telefon əlaqələrinin hesablanmasından sonra  qatil rayon mərkəzindən 180 km məsafədə yerləşən Tuapse şəhərində yaxalanıb.

Burhan,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*