Ermənistanın keçmiş prezidenti Robert Koçaryan koronavirusa yoluxub.
KONKRET.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu səbəbdən onun cinayət işi üzrə aprelin 13-də İrəvanda keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.
R.Koçaryan və vəkili Aram Vardevanyan məhkəmə zalına gəlməyiblər.
Keçmiş prezidentin digər vəkili Hayk Alumyan məhkəmədə bildirib ki, koronavirusun simptomları olduğundan həkimlər müvəkkilinə COVID-19 testi verməyi tapşırıblar. Onun sözlərinə görə, R.Koçaryanın əhatəsində koronavirusa yoluxma halı qeydə alınıb.