Robert Köçəryan mətbuat konfransı keçirəcəkbackend

Robert Köçəryan mətbuat konfransı keçirəcək

Ermənistanın ikinci prezidenti, Xocalı soyqırımının müəlliflərindən biri Robert Köçəryan mətbuat konfransına hazırlaşır.

KONKRET.az “Hraparak”a istinadən xəbər verir ki, Köçəryan sentyabrın 28-də jurnalistlərin önünə çıxacaq.

Eks-prezidentin ötən həftə sabiq dövlət başçıları Levon Ter-Petrosyan və Serj Sarkisyanla görüşün nəticələrindən danışacağı gözlənilir.

Qeyd edək ki, həmin görüş bütün ermənilərin katalikosu II Qareginin vasitəçiliyilə baş tutmuşdu. Görüşdə sabiqlər Ermənistanı düşdüyü ağır vəziyyətdən çıxarmağın və baş nazir Nikol Paşinyanı devirməyin yollarını müzakirə ediblər.

Ermənistan KİV-lərində yer alan xəbərlərə görə, Robert Köçəryanın yenidən prezident postuna iddia etməsi Levon Ter-Petrosyanı narazı salıb. Ter-Petrosyanın “Qarabağ klanı”nın yenidən hakimiyyətə gəlməsini istəmədiyi vurğulanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*