Robert Köçəryanın böyük oğlunun əmlakları müsadirə edilirbackend

Robert Köçəryanın böyük oğlunun əmlakları müsadirə edilir

Qarabağda separatşılığın əsaslarını qoyan və əli minlərlə günahsız azərbaycanlının qanına batan Ermənistanın 2-ci prezidenti Robert Köçəryanı Paşinyan hakimiyyətə gələn kimi həbs etdirdi.

KONKRET.az xəbər verir ki, uzun müddət həbsdə yatan Köçəryan sonradan azadlğa buraxılsa da, onun hakimiyyətdə olduğu dönəmlərdə törətdiyi əməllər hələ də araşdırılır.

Ermənistanın Baş Prokurorluğu indi də Robert Köçəryanın böyük oğlu  Sedrak Köçəryanın törətdiyi cinayətləri araşdırır.

Məlum olub ki, 2-ci prezidentin oğlu atasının hakimiyyəti dövründə qanunsuz yollarla xeyli əmlak əldə edib. Ona görə də Sedrak Köçəryanın  və onun həyat yoldaşının adına olan 14 daşınmaz əmlakın və 2,7 milyard dramın müsadirə edilməsini təmin etmək üçün məhkəməyə müraciət edilib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*