Robert Mulley: “Bizim vəzifəmiz İranın Rusiyaya silah tədarükünü dayandırmaqdır”backend

Robert Mulley: “Bizim vəzifəmiz İranın Rusiyaya silah tədarükünü dayandırmaqdır”

İndi bizim vəzifəmiz İranın Rusiyaya silah tədarükünü dayandırmaqdır.

KONKRET.az xəbər verir ki, bu sözləri ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Mulley deyib.

O, bildirib ki, İranın nüvə proqramının taleyi ilə bağlı razılaşmaya qayıtmaq artıq Co Bayden administrasiyası üçün prioritet deyil. ABŞ İran istiqamətində başqa məqsədlər güdür.

“İran nüvə sazişində maraqlı olmadığı üçün diqqətimizi başqa şeylərə yönəldirik. Biz İranın Rusiyaya silah tədarükünün qarşısını almalıyıq və İran xalqının fundamental istəklərini dəstəkləməliyik. Biz vəziyyəti belə dəyişə bilərik”, – deyə Mulley bildirib.

Xüsusi nümayəndə İran tərəfinin nüvə proqramı ilə rəsmi əlaqəsi olmayan obyektlərdə radioaktiv materialların aşkarlanması ilə bağlı başladılan təhqiqatın dayandırılması tələbini qəbuledilməz adlandırıb. “Bu, danışıqları mənasız edir” – deyə Robert Mulley əlavə edib.

O, eyni zamanda qeyd edib ki, İranın Avropa dövlətləri ilə nüvə spesifikasiyası ilə bağlı təmasları davam edir.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*