Robot Böyük Çin Səddinə çıxdı – Tarixdə ilkbackend

Robot Böyük Çin Səddinə çıxdı - Tarixdə ilk

Tarixdə ilk dəfə olaraq insanabənzər robot Böyük Çin Səddinə çıxıb.

KONKRET.az xəbər verir ki, Çinin “Robot Era” şirkətinin “XBot-L” adlı insanabənzər robotu Çin səddinə çıxaraq diqqətləri üzərinə çəkməyi bacarıb.

XBot-L, Çin firması “Unitree”nin “H1” robotu qədər sürətli və ya “Boston Dynamics”in Atlası qədər çevik olmasa da, Çin Səddinin yollarında hərəkət etməklə əla qabiliyyət nümayiş etdirib.

Bundan əlavə, pilləkənləri ustalıqla qalxan robot mühafizə qüllələrindən birinə çatanda “tai-chi” hərəkətləri də edib.

Pekindəki Tsinghua Universitetinin Fənlərarası İnformasiya Elmləri İnstitutu tərəfindən qurulan Robot Era şirkəti bu təqdimatla öz robotunu dünyaya nümayiş etdirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*