Roma Papası soyqırımdan xəbərdarmış – SENSASİON MƏKTUBbackend

Roma Papası soyqırımdan xəbərdarmış – SENSASİON MƏKTUB

İtaliya mətbuatı İkinci Dünya Müharibəsində katolik dünyasının ruhani lideri olan Papa XII Piusun alman yezuitindən nasistlərin insanlığa qarşı törətdiyi cinayətlər haqqında ətraflı məlumat aldığını açıqlayan məktub dərc edib.

KONKRET.az xəbər verir ki, “Corriere della Sera” qəzetinin dərc etdiyi məktubda göstərilir ki, Papa nasistlərin işğalı altında olan Polşada hər gün 6 minə qədər yəhudi və polyakın qazla öldürüldüyü barədə ətraflı məlumat alıb.

Qeyd edək ki, Belzek ölüm düşərgəsində 500 min yəhudi həyatını itirib.

Vatikan arxivindən götürüldüyü bildirilən məktub bütün katolik dünyasında rezonans doğurub. İkinci Dünya Müharibəsi üzrə ixtisaslaşmış tarixçilər keçmiş Papanın Hitlerin cinayətlərinə münasibəti ilə bağlı fikir ayrılığına malikdirlər. Bəzi tarixçilər Papa XII Piusun yəhudilərin həyatını xilas etmək üçün “sakit diplomatiya”ya əməl etdiyini iddia etsə də, tənqidçilər onun insanlığa qarşı törədilmiş cinayətlərə tamamilə biganə olduğunu vurğulayırlar.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*