Roma papasının Türkiyə səfərinin detalları bəlli olubbackend

Roma papasının Türkiyə səfərinin detalları bəlli olub

Roma Papası XIV Leonun 27–30 noyabr tarixlərində baş tutacaq Türkiyə səfərinin detalları bəlli olub.

KONKRET.az APA-ya istinadla xəbər verir ki, Roma papası Ankara, İstanbul və İznik şəhərlərində müxtəlif görüşlər və dini mərasimlərdə iştirak edəcək.

Səfərin ilk günü, o, Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanla, daha sonra vətəndaş cəmiyyəti nümayəndələri və diplomatik korpus nümayəndələri ilə bir araya gələcək.

Daha sonra İstanbula yollanacaq. Burada o, Müqəddəs Ruh Kafedralında ruhanilərlə görüşəcək, qocalar evini ziyarət edəcək. Daha sonra helikopterlə İznikə gedəcək.

Papa XIV Leo İznikdəki Müqəddəs Neofit Bazilikasının qazıntı sahəsində keçiriləcək dua mərasimində iştirak edəcək. Ardınca yenidən İstanbula qayıdaraq görüşlər keçirəcək, Sultanahmet məscidini ziyarət edəcək, Mor Əfrem Süryani Ortodoks Kilsəsində xristian icma liderləri ilə görüşəcək və Fənər Rum Patriarxı Bartholomeos ilə ortaq bəyanat imzalayacaq.

Səfərin son günündə Papa XIV Leo ayində iştirak edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*