Ronald Reyqana sui-qəsd edən şəxs 41 ildən sonra AZADLIQDA – FOTObackend

Ronald Reyqana sui-qəsd edən şəxs 41 ildən sonra AZADLIQDA - FOTO

ABŞ-ın keçmiş prezidenti Ronald Reyqana atəş açaraq yaralayan Con Xinkli 41 il həbsdən sonra azadlığa çıxıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Xinkli sosial mediya hesabında paylaşım edib.

Qeyd edək ki, 30 mart 1981-ci ildə Con Xinkli paytaxt Vaşinqtondakı Hilton otelinin qarşısında Reyqana bir güllə ilə xəsarət yetirib, o dövrün mətbuat katibi Ceyms Bredini isə ağır yaralayıb.

Xinkli məşhur kino ulduzu Codi Fosteri heyran etmək üçün sui-qəsdi törətdiyini bildirib. Məhkəmə onun ruhi xəstə olduğu və ömürlük xəstəxanada qalmasına qərar verib.

Həkimlər tərəfindən 30 il ruhi xəstəxanada saxlanılan və müalicə olunan Con Xinkliyə  bu illər ərzində tədricən anası ilə yaşamağa və sınaq müddətində musiqi ifa etməyə icazə verilib.

2021-ci ilin sentyabrında Vaşinqtondakı rayon məhkəməsinin hakimi Paul  Fridman, Xinklini 2016-cı ildən bəri məhdud hüquqları olan evində qalmasına və iyunun 15-də həbsdən buraxılmasına qərar verib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*