Ronaldo azarkeşlərə müraciət etdibackend

Ronaldo azarkeşlərə müraciət etdi

Kriştiano Ronaldo Portuqaliya yığmasının azarkeşlərinə müraciət edib.

KONKRET.az xəbər verir ki, 37 yaşlı hücumçu şəxsi “İnstagram” hesabında bu sözləri yazıb:

“Bu komanda xarici qüvvələr tərəfindən parçalana bilməyəcək qədər möhkəmdir. Bu millət heç bir rəqibdən qorxmayacaq qədər cəsurdur. Xəyalları uğrunda sona qədər mübarizə aparacaq əsl komanda! Bizimlə birlikdə inanın! İrəli, Portuqaliya!”, – deyə yığmanın kapitanı sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, DÇ-2022-nin 1/4 finalında Portuqaliya Mərakeşlə qarşılaşacaq. Qarşılaşma dekabrın 10-da baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*