“Ronaldo bizə qarşı daha çox səhv etdi” – Canni De Byazibackend

"Ronaldo bizə qarşı daha çox səhv etdi" - Canni De Byazi

“DÇ-2022-nin ilk iki seçmə oyununda texniki baxımdan özümüzdən güclü komandalara qarşı oynadıq. Onların güclü tərəflərini öyrənmişdik. Məhz bu səbəbdən daha çox müdafiəçi ilə çıxış edirdik. Bizim də şanslarımızın olacağını bilirdik”.

KONKRET.az xəbər verir ki, bu fikirləri futbol üzrə Azərbaycan millisinin baş məşqşisi Canni De Byazi “CBC Sport”da yayımlanan “Bizim futbol” verilişində müsahibəsində deyib.

İtaliyalı mütəxəssis bildirib ki, yaranan şanslardan mütləq yararlanmaq lazım idi: “Bu hələ başlanğıcdır. Yolumuz uzundur”.

65 yaşlı baş məşqçi komandanın hücum xəttində problem olmadığını söyləyib:

“Deyə bilmərik ki, biz təkcə penaltidən qol vururuq. Millətlər Liqasında Lüksemburqla oyunu xatırlamaq istəyirəm. Orada gözəl kombinasiyadan sonra Ramil Şeydayev fərqləndi. Belə epizodlarımız çox olub. Bəzən onların hamısından faydalana bilmirik. Başa düşmək lazımdır ki, hər hücumçunun müxtəlif vaxtlarda yaxşı və pis periodları olur. Yaxşı olanda onların hər zərbələri qolla nəticələnir, əksi baş verəndə isə fərqlənə bilmirlər. Bir az səbrli olmaq lazımdır. Yaxşı nəticələr gələcək. Portuqaliya və Serbiya ilə oyuna görə futbolçulardan razıyam. Hər iki görüşdə məğlub olduq, adətən belə olanda razı qalmıram. Amma rəqiblər çox güclü idi. Ümumilikdə yaxşı siqnallar gördük”.

Canni De Byazi hücumçu Əli Qurbaninin çıxışına da toxunub:

“O, bizim üçün önəmli futbolçudur. Hamı səhv edə bilər. Messi və Ronaldo da səhv edir. Bu hücumçularda olan şeydir. Düşünürəm ki, Ronaldo bizə qarşı daha çox səhv etdi və epizodları qaçırdı. Nəinki Əli Qurbani Serbiyaya qarşı. Qurbani bizim üçün Mahir Emreli və Ramil Şeydayev qədər vacibdir. Həmişə demişəm, yaxşı oynayırsansa, yığmanın qapısı sənin üçün daim açıqdır. Əsas olan bayrağa sevgidir. Ancaq bununla yaxşı nəticələr əldə edə bilərik”.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələnin ilk matçında Portuqaliyaya 0:1, ikinci görüşdə isə Serbiyaya 1:2 hesabı ilə uduzub.

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*