Ronaldo fanatları ilə vidalaşdıbackend

Ronaldo fanatları ilə vidalaşdı

“Mançester Yunayted” klubu ilə yollarını ayıran 37 yaşlı məşhur futbolçu Kriştianu Ronaldo sosial media hesabında azarkeşləri ilə vidalaşıb.

KONKRET.az xəbər verir ki, o, İngiltərə klubunu və fanatlarını çox sevdiyini bildirib.

“Mançester Yunayted”i və fanatlarını çox sevirəm. Bu, heç vaxt dəyişməyəcək. Müzakirələrdən sonra razılığa gəldik ki, müqaviləni dərhal ləğv edək. Komandaya mövsümün qalan hissəsində və gələcəkdə uğurlar arzulayıram. Düşünürəm ki, karyeram üçün yeni çağırış axtarmağın vaxtı çatıb”, – deyə portuqaliyalı futbolçu vurğulayıb.

Qeyd edək ki, “Mançester Yunayted” Ronaldo ilə müqavilənin pozulduğunu elan edib. Futbolçu bu yaxınlarda “The Sun” qəzetinə verdiyi müsahibədə klubun ona xəyanət etdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*