Ronaldo mərakeşlilərə uduzduqdan sonra göz yaşlarını SAXLAYA BİLMƏDİ – VİDEObackend

Ronaldo mərakeşlilərə uduzduqdan sonra göz yaşlarını SAXLAYA BİLMƏDİ - VİDEO

Kriştiano Ronaldo Mərakeş komandasına uduzduqdan sonra göz yaşlarına boğulub.

KONKRET.az xəbər verir ki, Qətərdə dünya çempionatının 1/4 finalı keçirilib. Dohadakı “El-Tumama” stadionunda keçirilən Portuqaliya-Mərakeş oyunu 1:0 hesabı ilə mərakeşlilərin xeyrinə başa çatıb.

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Mərakeşə uduzduqdan sonra göz yaşlarını saxlaya bilməyib.

Forvard oyun bitdikdən sonra tribunaların altındakı otaqda ağlayıb.

Qeyd edək ki, 37 yaşlı futbolçu üçün bu, karyerasında sonuncu dünya çempionatıdır.

Mərakeş millisinin növbəti rəqibi İngiltərə-Fransa cütünün qalibi olacaq.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*