Ronaldo sentyabrın ən yaxşı futbolçusu seçildibackend

Ronaldo sentyabrın ən yaxşı futbolçusu seçildi

“Mançester Yunayted” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo sentyabrda İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu seçilib.

KONKRET.az xəbər verir ki, Ronaldo Premyer Liqada keçirdiyi 3 oyunda 3 qol vurduğuna görə bu ada layiq görülüb. Otuz altı yaşlı hücumçu bu nominasiyada Joao Kanselo (“Mançester Siti”), Antonio Rudiger (“Çelsi”), Məhəmməd Salah (“Liverpul”), Allana Sent-Maksimin (“Nyukasl”) və İsmaila Sarrı (“Uatford”) qabaqlayıb.

Xatırladaq ki, Ronaldo Premyer Liqada beşinci, “Mançester Yunayted”ə qayıdışından sonra isə ilk dəfə bu mükafata sahib olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*