Ronaldo Səudiyyə Ərəbistanı klubu ilə anlaşdıbackend

Ronaldo Səudiyyə Ərəbistanı klubu ilə anlaşdı

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə anlaşıb.

KONKRET.az “Marca”ya istinadən xəbər verir ki, 37 yaşlı hücumçu ilə 2,5 illik müqavilə imzalanacaq.

Sözləşmə 2023-cü il yanvarın 1-də qüvvəyə minəcək.

Təcrübəli forvardın illik 200 milyon avro, ümumilikdə isə 500 milyon avro qazanacağı vurğulanıb.

Qeyd edək ki, Kriştianu Ronaldonun son klubu İngiltərə “Mançester Yunayted”i olub. Klub futbolçunun qalmaqallı müsahibəsindən sonra onunla yolları ayırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*