Cristiano Ronaldo 2025 UEFA Millətlər Liqasının qalibi olan Portuqaliya millî komandasında yer alan hər futbolçuya lüks xatirə saatı hədiyyə edib. Ronaldo həyatını itirən Diogo Jota üçün də üzərində adı və nömrəsi yazılmış xüsusi saat hazırlatdıraraq futbolçunun ailəsinə göndərib. Bu jest futbolsevərlərin böyük rəğbətini qazanıb.
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, Ronaldo dostu və lüks saat istehsalçısı olan Jacob Arabodan xüsusi hazırlanmış saatları sifariş verib və bu saatları Ermənistanla keçiriləcək Dünya Çempionatı seçmə oyunu öncəsi komanda yoldaşlarına göndərib.
Ronaldo həmçinin qardaşı Andre Silva ilə birlikdə, faciəvi avtomobil qəzasında həyatını itirən 28 yaşlı Diogo Jota üçün də xüsusi saat hazırlatdırıb və onu Jotanın ailəsinə şəxsən göndərib. Bu davranış bütün dünyada futbolsevərlər tərəfindən böyük təqdirlə qarşılanıb.
