Rusiya Ədliyyə Nazirliyi cümə günü 10 nəfəri “xarici agentlər” reyestrinə daxil edib.
KONKRET.az xəbər verir ki, siyahıda “Nə? Harada? Nə zaman?” bilicilər klubunun tanınmış oyunçusu Rövşən Əsgərov da var.
Ədliyyə Nazirliyi onları reyestrə “xarici agentlərin” reyestrə daxil edilməsi qaydasını tənzimləyən “Xarici təsir altında olan şəxslərin fəaliyyətinə nəzarət haqqında” federal qanunun yeddinci maddəsi əsasında daxil edib.
“Xarici agentlər”in vahid reyestrinə Əsgərovdan başqa “Rain”in jurnalisti (telekanal ötən il “xarici agent” kimi tanınıb) Mixail Fişmanın, filosof Ruben Apresyanın da adı salınıb.
Günel Mikayılova,
KONKRET.az