Rövşən Lənkəranskinin qardaşının yaxın adamı HƏBS EDİLDİ – FOTObackend

Rövşən Lənkəranskinin qardaşının yaxın adamı HƏBS EDİLDİ - FOTO

İnterpol tərəfindən axtarışda olan “Kölgə” ləqəbli Quram Çixladze İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin qrupları tərəfindən Küçükçekmecedə keçirilən əməliyyat nəticəsində yaxalanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin “Aydınlık” qəzeti məlumat yayıb.

Çixladzenin Beşiktaşda silahlı basqın nəticəsində öldürülən azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin qardaşı Namiq Canıyevin rəhbərlik etdiyi “Canıyev cinayət dəstəsi” kimi tanınan qruplaşmanın rəhbərlərindən biri olduğu müəyyən edilib.

Gürcüstan əsili “qanuni oğru” Rusiyada bir çox qətl cinayətlərinin icraçısı olduğu üçün İnterpol vasitəsilə Rusiya səlahiyyətliləri tərəfindən onun barəsində həbs qərarı çıxarılıb. Quram Çixladze polis bölməsindəki prosedurlardan sonra təhvil verildiyi məhkəmə orqanları tərəfindən həbs edilərək həbsxanaya göndərilib.

Qeyd edək ki, Çixladze “Ded Hasan” kimi tanınan “qanuni oğru” Aslan Usoyanın qətlinin sifarişçisi olub. O, 2020-ci ildən Türkiyədə yaşayırmış.

"Rövşən Lənkəranski"nin qardaşının yaxın adamı HƏBS EDİLDİ - FOTO

"Rövşən Lənkəranski"nin qardaşının yaxın adamı HƏBS EDİLDİ - FOTOUnikal.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*