Rövşən Məmmədov bu şəxsə AzTV-də vəzifə verdi – FOTObackend

Rövşən Məmmədov bu şəxsə AzTV-də vəzifə verdi - FOTO

Aqil Quliyev AzTV-nin kadrlar və xüsusi işlər Departamentinin rəhbəri təyin olunub.

Bu barədə KONKRET.az-a məlumat daxil olub.

Əldə etdiyimiz məlumata görə, Aqil Quliyev Bakı şəhəri Vaqif Mirzəliyev adına 281 saylı orta məktəbin məzunudur. O, əvvəllər Bakı Dövlət Universitetində və “Ədalət” qəzetində fəaliyyət göstərib, deputat köməkçisi olub.

Həmçinin AMEA-nın Hüquq və İnsan haqları institutu publik hüquqi şəxsin direktor köməkçisi işləyib.

AzTV-nin mətbuat xidmətindən KONKRET.az-ın sorğusuna cavab olaraq bildirilib ki, onlarda belə bir təyinatla bağlı məlumat yoxdur:

“Bizə belə bir informasiya verilməyib”, – deyə qurumdan vurğulanıb.

Qeyd edək ki, Aqil Quliyev öz sosial şəbəkə hesabında AzTV-də işlədiyini yazıb. Ancaq nədənsə Dövlət Televiziyasının mətbuat xidməti bu haqda məlumatsız olduğunu bildirir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*