Rövşən Rüstəmovun yarıtmaz fəaliyyəti: qatarların “dalınca baxa-baxa” qalmışıq…backend

Rövşən Rüstəmovun yarıtmaz fəaliyyəti: qatarların “dalınca baxa-baxa” qalmışıq...

Məşhur mahnıda deyildiyi kimi: “O qatarın dalınca baxma…”. Günümüzün reallığında bu mümkün deyil, çünki “Azərbaycan Dəmir Yolları” QSC-nin, hətta birbaşa Rövşən Rüstəmovun “möhtəşəm fəaliyyəti” sərnişinləri qatarların arxasınca “baxmağa” məcbur etməkdən ibarətdir. Elə bir həftə, yaxud ay olmasın ki, “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus qatarların xarab olduğu, ya relsdən çıxdığı, ya yolda qaldığı, yaxud gecikdiyi və ya vaxtından tez çıxdığı xəbərləri yayılmasın. Yəni sözün gerçək mənasında qatarların “dalınca baxa-baxa” qalmışıq.

– Bakı-Sumqayıt istiqamətində hərəkət edən sərnişin qatarı yolda qaldı.

– Ağstafadan Bakıya gələn qatar 2 saat gecikdi.

– Bakı-Pirşağı qatarı xarab oldu.

– Rusiyadan Azərbaycana inşaat materialları daşıyan qatar Siyəzən rayonunun Zarat stansiyasında relsdən çıxdı.

– Bakı-Gəncə qatarı xarab oldu, insanlar piyada gəlir.

Belə xəbərlər mediada saysız-hesabsızdır və demək olar ki, hər həftə, ən yaxşı halda hər ay belə məlumatlar yayılır. Halbuki, cəmi iki il öncəyə qədər belə xəbərlərə nadir hallarda rast gəlmək olardı, çünki qatarların fəaliyyətində nasazlıq nadir hallarda baş verirdi. Məhz 2022-ci ildən – Rövşən Rüstəmovun “Azərbaycan Dəmir Yolları” QSC-yə rəhbərlik etməyə başlamasından sonra neqativlər hər keçən gün daha da artmağa başladı. Rövşən Rüstəmov QSC-yə 2022-ci ilin oktyabrında rəhbər təyin olunub, 2023-cü ildən etibarən “Azərbaycan Dəmir Yolları” QSC haqqında yayılan xəbərlərin əksəriyyəti ya qatarların xarab olması, ya relsdən çıxması, ya gecikməsi, yaxud müxtəlif maxinasiyaların baş verməsi barədədir.

Sual yaranır: niyə belə acınacaqlı vəziyyət yaranıb?

Bu sualın yeganə cavabı məhz Rövşən Rüstəmovun yarıtmaz fəaliyyətidir. Halbuki, Azərbaycanın dəmir yolu infrastrukturu Cənubi Qafqazda yüksək keyfiyyəti və əlverişliliyi ilə seçilib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə yenidən qurulan dəmir yolu infrastrukturumuz Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilib.

Təsadüfi deyil ki, Azərbaycan qlobal nəqliyyat şəbəkələrinin açar ölkəsidir və bu məsələdə dəmir yolu infrastrukturumuzun böyük rolu olub. Axı dəyişən heç nə yoxdur. Yol həmin yoldur, dövlətin “Azərbaycan Dəmir Yolları” QSC-yə dəstəyi, ümumiyyətlə, dərmir yolu daşımalarına diqqəti azalmayıb, əksinə daha da artıb. Yeganə dəyişən isə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədridir. Rövşən Rüstəmovun gəlişindən sonra Azərbaycanın dəmir yolları sahəsi ciddi geriləmə yaşayır, həm sərnişin, həm yük daşımalarında acınacaqlı vəziyyət davam edir.

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-yə olan inam da, etibar da sıfırlanır. Gecikən, yolda qalan, yaxud xarab olan qatarlardan bezən vətəndaşlar baha olsa belə avtomobil və təyyarə nəqliyyatına üstünlük verirlər. Yükdaşma sahəsində də analoji vəziyyət hökm sürür. Təsadüfi deyil ki, dəmir yolları ilə yükdaşınmanın payı hər il aşağı düşür.

Problem nə ölkənin dəmir yolu infrastrukturunda, nə qatarlarda, nə da bu sahənin peşəkar kadrlarındadır. Problem birbaşa Rövşən Rüstəmovdadır. Bu sahəyə yad olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri faktiki olaraq məsul olduğu sahəni idarə edə bilmir, zərəri də vətəndaşlarımız və dövlətimiz çəkir./demokrataz

  • Həsən
    Oktyabr 17, 2024 - 19:45

    Bu adamın nə dəmir yola nə də ümumiyyətlə nə təhsilini nə tutduğu vəzifələrin dəmir yol nəqliyyatına heç bir dəxli yoxdur
    Gərək adamın özünün bir abrı olsun ki axı bu mənim işim deyil

  • Coşqun
    Oktyabr 18, 2024 - 09:56

    Salam. Demiryolu Azerbaycanin doyunen ureyidi. Kenardan her kese iş asan gele biler. Rövşən Rüstəmov cənabı lap gözel sedrdi. Var olsun cenab prezident bele bir şexsi getirib sedr edib. Gozel semimi işcinin qeydine qalan ve s. Qaldiki qatarlarin xarab olmagina texnikadi xarab ola biler. Her kesin şexsi maşini hetda temir eleyirsen seherigun yene xarab olur. Qaldiki hadiselere evveller de hadise olub. Indide olur. Teki olmasin inşeAllah amma qarwida duran uzun illerdede hadise olma ehtimali var. Buna sedr ne elesin?? Sedr bir bir her kesin yaninda durmalidi?? Bir bir butun yollarda durmalidi?? Neynemelidir?? Insan faktoru varsa orda sehvde olacaq hadisede. Demiryolu boyuk kollektivdi. Boyuk işler gorub ve gorecek də inşeAllah. Ugurlar demiryolu kollektivi. Ugurlar demiryolu. Ugurlar Azərbaycan.

  • Tofiq
    Oktyabr 18, 2024 - 16:29

    Meqalede hec bir arasdirma neticesi yoxdur. Yukdasimanin asagi dusduyunu deyirsiniz, statistika komitesinde baxdim yukselib. Tehsilini deyirsiniz, Adam idareetme uzre oxuyub ve idare edir. Deyirsiniz cenab preszdent inkisaf eletdirir, bu adami da cenab president teyin edib. Yani bir dediyinizle o bir dediyiniz tutmur. Cox qerezli yazidir. Genc rehberlere imkan vermek lazimdir.

    • Yolçu Qocayev
      Oktyabr 18, 2024 - 23:29

      Dəmiryol infrastrukturu və daşımaları haqqında kitablardan və ya inertnetdən biraz məumatlara baxın və necə çətin bir iş olduğunu görün daha sonra idarə etməsindən danışın.Belə bir məsuliyyətli vəzifəni adam məsuliyyətlə idarə edir və ADY bir çox yeniliklər gətirib.Gətirməyədə davam edir.

Tofiq üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*